https://news.day.az/azerinews/1864886.html
Qaxda ağır yol qəzası olub - Ölən və yaralılar var
Qaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qax rayonu ərazisində qeydə alınıb. Kamran Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobil əvvəlcə dirəyə, daha sonra divara çırpılıb.
Qaxda ağır yol qəzası olub - Ölən və yaralılar var
Qaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qax rayonu ərazisində qeydə alınıb.
Kamran Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobil əvvəlcə dirəyə, daha sonra divara çırpılıb.
Qəza nəticəsində avtomobildə olan 17 yaşlı sərnişin Elcan Muxtarov ölüb. Digər sərnişinlər - 16 yaşlı Ziyad Şahmalıyev, 18 yaşlı Mürsəl Muxtarov, 20 yaşlı Şahmalı Abdulətif və 18 yaşlı Ərhan Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре