https://news.day.az/azerinews/1864884.html Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb? Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən Bakı şəhərinin daşınmaz əmlak bazarında aparılan araşdırmanın nəticələri açıqlanıb. Day.Az xəbər verir ki, qiymətləndirməyə əsasən, 2026-cı ildə paytaxtda torpaq sahələri, yeni və köhnə tikili mənzillər, fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə qiymətlər artıb.

Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?

Azərbaycanca, 6 октября 2026 09:18 (UTC +04:00) 259
Bakıda ev və torpaqlar bahalaşdı

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən Bakı şəhərinin daşınmaz əmlak bazarında aparılan araşdırmanın nəticələri açıqlanıb.

Day.Az xəbər verir ki, qiymətləndirməyə əsasən, 2026-cı ildə paytaxtda torpaq sahələri, yeni və köhnə tikili mənzillər, fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə qiymətlər artıb.

Araşdırma göstərir ki, Bakının daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri bütün rayonlarda və əmlak növlərində eyni səviyyədə olmayıb. Artımın tempi əmlakın növündən, yerləşdiyi rayondan, bazardakı tələb və təklifdən, ərazinin xüsusiyyətlərindən və alıcı davranışından asılı olaraq fərqlənib.

AQC qiymətləndirmə zamanı bazar qiymətlərinin təhlili, əvvəlki dövrlərlə müqayisələr, rayonlar üzrə qiymət fərqləri, bazar iştirakçılarının və ekspertlərin rəyləri, sorğu nəticələri, eləcə də tələb-təklif dinamikasını nəzərə alıb. Rayonlar üzrə göstəricilərin hesablanmasında ərazilərin bazardakı çəkisi və əhali amili də nəzərə alınıb.

Torpaq bazarında ən yüksək artım Səbaildə qeydə alınıb

AQC-nin hesablamalarına görə, 2026-cı ildə Bakı şəhərində torpaq sahələrinin qiyməti orta hesabla 17,0% artıb. Rayonlar üzrə ən yüksək artım Səbaildə qeydə alınıb - 28,6%. Yasamalda qiymətlər 25,6%, Nəsimidə 23,1%, Nizamidə isə 21,1% yüksəlib. Xəzər rayonunda artım 19,1%, Nərimanovda 18,6%, Xətaidə 15,6% təşkil edib. Nisbətən aşağı artım Binəqədidə (14,1%), Sabunçuda (11,6%), Suraxanıda (10,6%), Pirallahıda (8,1%) və Qaradağda (7,6%) müşahidə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости