https://news.day.az/azerinews/1865213.html
Sabunçuda lombard qarət edildi
Sabunçu rayonunda oğurluq edən və motosiklet qaçıran üç şəxs saxlanılıb. Day.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, rayon ərazisində yerləşən lombardlardan birindən 7 500 manat pul və 14 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Sabunçuda lombard qarət edildi
Sabunçu rayonunda oğurluq edən və motosiklet qaçıran üç şəxs saxlanılıb.
Day.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, rayon ərazisində yerləşən lombardlardan birindən 7 500 manat pul və 14 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, həmin lombardda çalışan A. Əsgərov müəyyən edilərək saxlanılıb.
Bundan başqa, rayon ərazisindən "Tufan" markalı motosikleti qaçırmaqda şübhəli bilinən daha iki nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре