Yatmazdan əvvəl dabanlara limon sürtməyin faydası sübut olunmayıb
Bəzi mənbələr yatmazdan əvvəl ayaq altına limon sürtməyin dabanlardakı ölü dərini və sərtləşmələri azaltmağa kömək etdiyini iddia edir. Limonun tərkibindəki limon turşusu dərinin səthinə təsir göstərə bilsə də, bu üsulun çatları sağaltdığı və ya yuxunu yaxşılaşdırdığı elmi cəhətdən təsdiqlənməyib.
Day.Az xəbər verir ki, iddia olunan üsulda limon yarıya bölünərək üzərinə az miqdarda duz səpilir və ayaq altına çəkilir. Lakin limon turşusu və duz dəridə qıcıqlanma, yanma və quruluq yarada bilər. Xüsusilə açıq yarası, ekzema və ya dərin daban çatları olan şəxslərin bu üsuldan istifadə etməsi məsləhət görülmür.
Dabanların quruluğunu və sərtləşməsini azaltmaq üçün nəmləndirici kremlərdən, xüsusilə sidik cövhəri (urea) tərkibli vasitələrdən istifadə etmək daha məqsədəuyğundur. Çatlarda ağrı, qanama və ya iltihab varsa, həkimə müraciət etmək tövsiyə olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре