Motosikletlərin iştirakı ilə baş verən qəzaların görüntüləri - VİDEO
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda motosikletlərin iştirakı ilə baş verən iki yol-nəqliyyat hadisəsinin müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərini yayıb.
Day.Az-ın məlumatına görə, mərkəzdən bildirilib ki, motosiklet və skuter idarə edən bəzi sürücülər svetoforun qırmızı işığında hərəkət edir, yollarda təhlükəli manevrlərə yol verirlər. Belə davranışlar həm onların, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atır.
NİİM vurğulayıb ki, iki təkərli nəqliyyat vasitəsini idarə etmək heç kimə qaydaları pozmaq və məsuliyyətdən yayınmaq hüququ vermir.
Mərkəz motosiklet və skuter sürücülərini yayılan qəza görüntülərindən nəticə çıxarmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре