https://news.day.az/azerinews/1866843.html Bakının bu ərazilərində işıq olmayacaq Təmir işləri ilə əlaqədar oktyabrın 14-də Bakının Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bakının bu ərazilərində işıq olmayacaq

Azərbaycanca, 14 октября 2026 09:17 (UTC +04:00) 167
Bakının bu ərazilərində işıq olmayacaq

Təmir işləri ilə əlaqədar oktyabrın 14-də Bakının Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə qeyd olunan rayonlarda yerləşən transformator məntəqələrində təmir-təftiş və sınaq işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Möhsün Qədirli, Nəriman Nərimanov və Rahib Tağıyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Binəqədi RETSİ-nin xidmət ərazisinə daxil olan 9-cu mikrorayonun Mir Cəlal küçəsinin bəzi hissələrində isə saat 09:00-dan 14:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости