https://news.day.az/azerinews/1866983.html Paşinyan Naxçıvana gedən dəmir yolu ilə bağlı təklif verib Ermənistanın Baş naziri Nikol Paşinyan və "Rusiya Dəmir Yolları"nın baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov İrəvanda görüşüb.

Paşinyan Naxçıvana gedən dəmir yolu ilə bağlı təklif verib

Azərbaycanca, 14 октября 2026 15:10 (UTC +04:00) 193
Paşinyan Naxçıvana gedən dəmir yolu ilə bağlı təklif verib

Ermənistanın Baş naziri Nikol Paşinyan və "Rusiya Dəmir Yolları"nın baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov İrəvanda görüşüb.

Day.Az xəbər verir ki, Ermənistan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Ermənistandan Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu xətlərinin ayrı-ayrı hissələrinin yenidən qurulması layihələrini müzakirə ediblər.

"Onlar Gümrü-Axurik-Türkiyə sərhədi və Arazdəyən-Naxçıvan dəmir yolu xətlərinin ayrı-ayrı hissələrinin yenidən qurulması layihələri və bu layihələrin yaradacağı imkanlar barədə fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.

Tərəflər, həmçinin regionda baş verən proseslər fonunda yaranan imkanları, Ermənistanın dəmir yollarının rəqabət qabiliyyətinin artırılması və beynəlxalq nəqliyyat marşrutlarına inteqrasiyası istiqamətində atılacaq addımları müzakirə ediblər.

Bundan əlavə, "Cənubi Qafqaz Dəmir Yolları" şirkətinin konsessiya idarəçiliyində olan infrastrukturun inkişafı istiqamətində görülən işlər, idarəetmənin səmərəliliyi, mövcud problemlər və onların mümkün həlli yolları nəzərdən keçirilib.

Xatırladaq ki, Ermənistanın dəmir yolu xətləri "Rusiya Dəmir Yolları"nın balansındadır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости