https://news.day.az/azerinews/1867019.html Oyuncaq alarkən valideynlər bunları MÜTLƏQ BİLMƏLİDİR - VİDEO Uşaqlar üçün oyuncaq seçərkən valideynlər yalnız onların istəyini və oyuncağın görünüşünü deyil, təhlükəsizliyini, keyfiyyətini və yaşa uyğunluğunu da nəzərə almalıdırlar. Xüsusilə dəbə çevrilən, cizgi film qəhrəmanlarını əks etdirən oyuncaqlar seçilərkən diqqətli olmaq vacibdir.

Oyuncaq alarkən valideynlər bunları MÜTLƏQ BİLMƏLİDİR - VİDEO

Azərbaycanca, 14 октября 2026 16:34 (UTC +04:00) 198
Oyuncaq alarkən valideynlər bunları

Uşaqlar üçün oyuncaq seçərkən valideynlər yalnız onların istəyini və oyuncağın görünüşünü deyil, təhlükəsizliyini, keyfiyyətini və yaşa uyğunluğunu da nəzərə almalıdırlar. Xüsusilə dəbə çevrilən, cizgi film qəhrəmanlarını əks etdirən oyuncaqlar seçilərkən diqqətli olmaq vacibdir.

Day.Az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, oyuncaqlar uşaqların psixoloji, zehni və sosial inkişafına təsir göstərir. Buna görə də keyfiyyətsiz, təhlükəsizlik standartlarına cavab verməyən və uşağın yaşına uyğun olmayan məhsullardan uzaq durmaq lazımdır. Həddindən artıq oyuncaq almaq isə uşağın daha yaxşı inkişaf edəcəyi demək deyil.

Uşaqların təxəyyülünü, düşünmə qabiliyyətini və bacarıqlarını inkişaf etdirən oyuncaqlara üstünlük verilməlidir. Valideynlər dəbdə olan məhsulları seçmək əvəzinə, uşaqların sağlam inkişafına töhfə verən, yaradıcı düşünməyə və fəal iştiraka təşviq edən oyuncaqlara diqqət yetirməlidirlər.

Ətraflı "ATV"-nin videomaterialında:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости