https://news.day.az/azerinews/1867567.html Kənd tibb məntəqələrinə müasir tibbi müayinə köşkləri qoyulur - FOTO TƏBİB kəndlərdə ilkin səhiyyə xidmətlərinin əlçatanlığını artırmaq və əhalinin yaşadığı əraziyə yaxın tibbi müayinələrdən keçməsinə şərait yaratmaq məqsədilə kənd tibb məntəqələrinin müasir diaqnostik köşklərlə təchiz olunmasına başlayıb. Day.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Kənd tibb məntəqələrinə müasir tibbi müayinə köşkləri qoyulur - FOTO

Azərbaycanca, 16 октября 2026 16:17 (UTC +04:00) 160
Kənd tibb məntəqələrinə müasir tibbi müayinə köşkləri qoyulur

TƏBİB kəndlərdə ilkin səhiyyə xidmətlərinin əlçatanlığını artırmaq və əhalinin yaşadığı əraziyə yaxın tibbi müayinələrdən keçməsinə şərait yaratmaq məqsədilə kənd tibb məntəqələrinin müasir diaqnostik köşklərlə təchiz olunmasına başlayıb.

Day.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Qeyd edilib ki, layihə çərçivəsində həkimin nəzərdə tutulmadığı, tibbi xidmətlərin orta tibb heyəti tərəfindən göstərildiyi kənd tibb məntəqələrində müayinə imkanlarının genişləndirilməsi planlaşdırılır. Yeni texnologiyaların tətbiqi həmin məntəqələrdə bir sıra ilkin tibbi müayinələrin aparılmasına, nəticələrin həkim tərəfindən məsafədən qiymətləndirilməsinə və zərurət yarandıqda pasiyentlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsinə imkan verəcək.

"Müasir diaqnostik köşklər vasitəsilə arterial təzyiq, nəbz, bədən temperaturu, qanda şəkərin miqdarı, oksigen saturasiyası, boy, çəki və bədən kütlə indeksi (BKİ) ölçülə bilər. Bununla yanaşı, elektrokardioqrafiya (EKQ), ağciyərlərin funksional vəziyyətinin qiymətləndirilməsi üçün spirometriya, göz müayinəsi, qanın və sidiyin ümumi analizlərinin aparılması mümkündür.

Köşklərin funksional imkanlarına bədən tərkibinin təhlili də daxildir. Belə ki, bədəndə yağın faizi və kütləsi, əzələ kütləsi, su miqdarı, visseral yağ səviyyəsi və bazal metabolizm göstəricilərinin müəyyən edilməsi mümkündür.

İlk tibbi müayinə köşkü Xocavənd rayonunda quraşdırılıb və vətəndaşlara xidmət göstərir. Növbəti mərhələdə işğaldan azad edilmiş ərazilərdə yerləşən yaşayış məntəqələri prioritet olmaqla tibbi müayinə köşklərinin ölkə üzrə 170-dən çox məntəqədə quraşdırılması nəzərdə tutulur" - deyə əlavə edilib.

  • Kənd tibb məntəqələrinə müasir tibbi müayinə köşkləri qoyulur
  • Kənd tibb məntəqələrinə müasir tibbi müayinə köşkləri qoyulur
  • Kənd tibb məntəqələrinə müasir tibbi müayinə köşkləri qoyulur
  • Kənd tibb məntəqələrinə müasir tibbi müayinə köşkləri qoyulur
  • Kənd tibb məntəqələrinə müasir tibbi müayinə köşkləri qoyulur
  • Kənd tibb məntəqələrinə müasir tibbi müayinə köşkləri qoyulur
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости