Obama Ərdoğana çağırış etdi
Day.Az представляет новость на азербайджанском языке
ABŞ prezidenti Barak Obama Türkiyəni qoşunlarını İraqdan çıxarmağa çağırıb.
AzVision.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Ağ ev bəyanat yayıb.
Obama bu barədə İraqın baş naziri İbrahim əl-Abadi ilə telefon danışığında bildirib.
Bundan başqa, tərəflər İŞİD yaraqlıları ilə mübarizəni müzakirə ediblər.
Qeyd edək ki, Obama ötən ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İraqdan hərbçiləri çıxarmağa çağırmışdı. Türkiyənin baş naziri Əhməd Davudoğlu isə Bağdadın ölkənin üçdə bir hissəsinə nəzarəti itirdiyini xatırlatmışdı.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре