https://news.day.az/azerinews/738338.html İŞİD İraqda 2 yaşayış məntəqəsini ələ keçirdi

İŞİD İraqda 2 yaşayış məntəqəsini ələ keçirdi

Azərbaycanca, 15 января 2016 12:00 (UTC +04:00) 1 119
İŞİD İraqda 2 yaşayış məntəqəsini ələ keçirdi

Day.Az представляет новость на азербайджанском языке

İŞİD terror təşkilatı İraqın Səlahəddin bölgəsindən keçən Kərkük-Tikrit magistral yolu yaxınlığındakı Tel Gıseybe və El Mıbeddıd adlanan yaşayış məntəqələrini ələ keçirib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İŞİD-ə aid olan 8 ədəd zirehli texnikayla sözügedən bölgələrə hücum təşkil edilib. Silahlı qarşıdurma zamanı 13 Haşdi Şabi hərbçisi həyatını itirib, 21 nəfər isə yaralanıb.
 
Bu hadisədən sonra İŞİD-ə qarşı bölgədə xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində İŞİD-in törədəcəyi daha bir terror aktının qarşı alınıb. Belə ki, İŞİD Tikritin cənubunda yerləşən Mıkeyşife bölgəsində bomba yüklü iki avtomobillə hərbi qərargaha hücum hazırlayırmış. Ancaq İŞİD-in bu hücumu baş tutmayıb və bomba yüklənmiş avtomobillər məhv edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости