Sevda Sanalıyeva açıqlaması ilə hamını kövrəltdi
Day.Az представляет новость на азербайджанском языке
Müğənni Sevda Sanalıyeva açıqlaması ilə hamını göz yaşına qərq edib.
Day.Az gecce.az-a istinadən xəbər verir ki, "10dan sonra" verilişində həyatı haqqında danışan müğənninin acı günlər yaşadığı hər kəsə bəlli olub:
"Alın yazısına çox inanıram. Bəzən də deyirlər, insanın həyatı öz əlindədir. Mənim alın yazım o qədər hamar deyil. Çoxları bilir ki, mənim gücüm sağlığında anam olub. Onun itkisi ilə yıxıldım. İndi onun iyini övladımdan alıram. Hərdən oğluma "anam" deyə çağırıram. Yoldaşım hirslənir. Anam kimi əzizləyirəm onu. Təsəlli yerimdir... Şükür ki, anamın itkisi, həyatımda məni əzən problemlərlə yanaşı, övladım, həyat yoldaşım var. Onlar olmasaydı, çətin günləri necə geçirərdim, bilmirəm.
Hara gedirdim, həkimlər mənə ana olmayacağımı demişdilər. Anam Allaha əlin açıb yalvardı ki, "övladımı şirin payla sevindir, əvəzində canımı al". Hirsləndim ona. Amma bətnimə övlad düşəndən sonra anamın səhhəti pisləşməyə başladı. Böyrək çatışmazlığı xəstəliyi var idi. Mən ana olan gün xəstəxanaya gəlmişdi, halı pisləşdi, yıxıldı. Göndərdim evə. Övladımın 40-ı çıxandan sonra dünyasını dəyişdi. Onu əməliyyata mən göndərdim. Dedim böyrək köçürülsün, yaşasın, mənə, övladıma hayan olsun. Amma əməliyyatdan çıxmadı. Buna görə özümü qınayıram.
Anamla mən qardaşımın, atamın xeyrini görmədik. Atamı 6 yaşından sonra görmədim. Yükümüzü anam çəkdi. İndi qardaşım atamın yolunu gedir. O tək məni bədbəxt eləmir, özü də xoşbəxt deyil. Hərdən bütün bunlardan dəli kimi oluram, bərkdən qışqırıb özümü yerə çırpıram. Oğlum iməkləyə-iməkləyə gəlib mənə baxıb dodağını büzür ki, ağlasın. Tez qucaqlayıb üzünə gülürəm. Onun psixologiyasını korlamaq istəmirəm. Onu yetəri qədər sevgiylə böyüdəcəyimə söz vermişəm. Həyat yoldaşım mənə əsl dostur. Mənə deyirlər ki, sən bundan da yaxşı yaşaya bilərdin. Amma mən yoldaşımın dəstəyini, sevgisini heç nəyə dəyişmərəm".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре