"O səs Türkiyə"də "Tut ağacı" oxundu, amma "anonim" - VİDEO - FOTO
Day.Az представляет новость на азербайджанском языке
"O səs Türkiyə"nin bugünkü buraxılışında Azərbaycan mahnısı səsləndirilib.
Axşam.az-ın məlumatına görə, Müğe Genc və Güray Gültay adlı cütlük musiqisi Aygün Səmədzadəyə, sözləri Zakirə Allahverdiyevaya aid olan "Tut ağacı" mahnısını oxuyublar.
Lakin mahnı Azərbaycana aid olan digər - "Tut ağacı boyunca" xalq mahnısı ilə səhv salınıb və sözləri, bəstəsi "anonim" deyə qeyd edilib.
Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə yayımlanan "O səs Türkiyə" proqramının münsiflər heyətində Murad Boz, Sibel Can, Hadisə, Gökhan və Hakan Özoğuzlar əyləşir.
Videonu izləmək üçün şəkilə klikləyin.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре