Xəzər dənizində nəhəng körpü - FOTO
Day.Az представляет новость на азербайджанском языке.
Xəzər dənizi üzərində Azərbaycanı və Qazaxıstanı birləşdirəcək körpü inşa ediləcək. Möhtəşəm tikintinin detalları Çində hazırlanır.
Day.Az xəbər verir ki, bu barədə Almatanın "Delovoe Vremya" kanalının proqramında məlumat verilib.
Beynəlxalq Transxəzər nəqliyyat dəhlizi layihəsi hələ tam işə düşməsə də, Çin qarşısına daha böyük məqsədlər qoyub. Çindən Avropa Birlyinə quru dəhlizi ilə dəniz yolu ilə gedəndən 100 dəfə az yük nəqli müşahidə olunur. Hətta Rusiyaya belə Çin yükləri dəniz vasitəsi ilə Finlandiyadan gətirilir. Hazırda Qazaxıstan və Çin arasında ticarət dövriyyəsi $ 17 mlrd. dollar təşkil edir. Layihə gerçəkləşərsə, bu rəqəm dəfələrlə arta bilər, çünki Avropaya yüklərin bir hissəsi də Qazxıstandan keçəməklə nəql edilə bilər. Çinin Almatadakı baş konsulu Çan Vey dünya iqtisadiyyatının böhrandan tam çıxmadığı bir zamanda ölkəsi ilə Qazaxıstan arasında ticarət dövriyyəsi $ 17 milyard dollara çatmasını böyük uğur sayıb. Çin diplmatının sözlərinə görə, ölkəsi Qazaxıstandan Çinin Urumçi və Lançou istiqamətlərində gedən dəmir you xəttinə çox diqqət yetirir.
Çini bu layihəni həyata keçirməyə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun tezliklə açılacağı həvəsləndirir. BTQ işə düşdükdən sonra Çində Avropaya gedən yüklərin nəql müddəti 2 dəfə azalacaq. Hazırda yüklər Çindən Londona təxminən 1 ay müddətə gedir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре