Türkiyədə PARTLAYIŞ: 14 hərbçi öldü, 56 yaralı

Day.Az представляет новость на азербайджанском языке

---------
18:34

Kayseridə baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 14-ə çatıb. 

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. Nazir əlavə edib ki, yaralananlar 56 nəfərdir. Onlardan dördü ağır vəziyyətdədir.

---------
15:06

Kayseridə baş vermiş terror aktı nəticəsində 55 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

---------
12:33

Türkiyə Silahlı Qüvvələri Kayseridə törədilən partlayışla bağlı açıqlama yayıb.

Milli.Az Sabah-a istinadən xəbər verir ki, hadisə nəticəsində 13 hərbçi ölüb, 48-i yaralanıb. Mülki şəxslər arasında da yaralıların olduğu bildirilir.

----------
12:17

Türkiyədə Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan avtobusun partladılması nəticəsində 9 nəfər şəhid olub.

Day.Az report-a istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseri şəhərindən olan millət vəkili İsmayıl Tamer "A Haber" telekanalına açıqlamasında bildirib.

Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Yusif Halaçoğlu isə "CNN Türk"ə deyib ki, terror aktı bomba yüklənmiş "Şahin" markalı avtomobil vasitəsilə həyata keçirilb.

AKP-nin Kayseridən olan digər millət vəkili Sami Dədəoğlu yaralıların sayının 15-20 nəfərə yaxın olduğunu söyləyib.

Yaralılar Erciyes Universitetinin tibb fakültəsinin xəstəxanasına və şəhərdəki digər səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım müvafiq qurumların rəhbərlərindən hadisə ilə bağlı ətraflı məlumat alıblar.

----------
10:30

Türkiyənin Kayseri vilayətində Erciyes Universitetinin düşərgəsindəki avtobus partlayıb.

Milli.Az "Sabah"a istinadla bildirir ki, ilkin məlumata görə, yaralılar var. 

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Türkiyədə daha bir terror -1