Ağ Ev: "ABŞ-da səhiyyə islahatının ləğvi xaos yaradacaq"
Day.Az представляет новость на азербайджанском языке
Səhiyyə islahatının ləğvi ölkədə xaos yaradacaq.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu prezident Barak Obamanın mətbuat katibi Coş Ernest bəyan edib.
"İslahatı ləğv edənlər onun yaratdığı xaosa görə məsuliyyət daşıyacaq. "Obamacare"-nin ləğvi bütün ölkədə dağıdıcı fəsadlar törədəcək. Demokrat Partiyası bunu dəstəkləmir və dəstəkləməyəcək", deyə C.Ernest bildirib.
Onun sözlərinə görə, islahatın ləğvi ABŞ-da 22 milyon insanı səhiyyə sığortasından təcrid edəcək.
Bu gün ABŞ-ın yeni seçilən vitse-prezidenti Mayk Pens bəyan edib ki, Donald Trampın prezident vəzifəsində atacağı ilk addım "Obamacare" kimi tanınan icbari tibbi sığortanın ləğvi olacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре