Barak Obama siyasətə qayıdır?

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın sabiq prezidenti Barak Obama böyük siyasətə qayıtmaq niyyətindədir. Bu barədə Birləşmiş Ştatların keçmiş baş prokuroru Erik Holder məlumat verib.

Milli.Az ABC-yə istinadən bildirir ki, Barak Obama və Demokrat Partiyanın digər məşhur funksionerləri ştatlar səviyyəsində qanunverici strukturlara seçkilərə qatılmaq niyyətindədir.

Demokratların indi başlıca məqsədi Konqresdəki mövqelərini möhkəmlətmək və bu minvalla ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasətə müqavimət göstərməkdir.

Barak Obama isə xanımı Mişellə birlikdə Havay arxipelaqındakı Aloha adasında istirahət edir.

Onlar dünən Oahu adasındakı Lankay şəhərində yerləşən məşhur "Buzzs Lanikai Steak House" restoranına yollanaraq şam yeməyi yeyiblər.

Srağagünsə Barak Obama dünyanın ən zəngin iş adamlarından biri, "Berkshire Hathaway" investisiya fondunun sahibi Uorren Baffetlə "Happy Country Country Club" restoranında nahar edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.