https://news.day.az/azerinews/886549.html Acun İlıcalı məhkəməni uduzdu - 45 min ödəyəcək

Acun İlıcalı məhkəməni uduzdu - 45 min ödəyəcək

Azərbaycanca, 13 апреля 2017 11:54 (UTC +04:00) 1 225
Acun İlıcalı məhkəməni uduzdu

Day.Az представляет новость на азербайджанском языке

TV8-in rəhbəri Acun İlıcalı "O səs Türkiyə" və "Yetenek sizsiniz" kimi yarışmalarda mahnıların icazəsiz istifadəsinə görə məhkəməyə verilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Sezen Aksu, İbrahim Tatlıses, Orhan Gencebay, Ferdi Tayfur, Ahmet Kaya, Müslüm Gurses kimi məşhurlarla işləyən Burhan Bayar və həmin əsərlərin müəllif hüquqlarının aid olduğu şirkət 4 il əvvəl məhkəməyə müraciət etmişdi.

Məhkəmə martın 31-də Acunun 45 min lirə maddi-mənəvi təzminat ödəməsinə qərar verib. İlicalının vəkili məhkəməyə təkrar müraciət etsə də, qərar dəyişməyib.

İcazəsiz istifadə olunan mahnılar arasında "Mutlu Ol Yeter", "Mavi Mavi", "Gülüm Benim", "Yalnızım Dostlarım", "Vur Gitsin Beni", "Acılar", "Bebeğim" kimi məşhur mahnılar var. Mahnıların yarışmadakı yayımından başqa saytda da yerləşdirilməsi xüsusi vurğulanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости