https://news.day.az/azerinews/942544.html Azərbaycanda liberal hava nəqliyyatı yaradılır - VİDEO

Azərbaycanda liberal hava nəqliyyatı yaradılır - VİDEO

Azərbaycanca, 18 октября 2017 22:08 (UTC +04:00) 671
Azərbaycanda liberal hava nəqliyyatı yaradılır

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda liberal hava nəqliyyatı fəaliyyət göstərəcək.

Day.Az "xəzərxəbər"ə istinadən bildirir ki, ixtisaslaşmış turizm sənayesinin inkişafına dair "Strateji Yol Xəritəsi"nə uyğun olaraq Turizm Şurası nəzdində liberal hava nəqliyyatının təşkil edilməsi üzrə işçi qrupu yaradılıb. Əsas məqsəd hədəf ölkələrlə gediş-gəliş əlaqələrinin daha da yaxşılaşdırılmasıdır.

Mədəniyyət və Turizm Nazirliyinin Marketinq sektorunun müdiri Emil Səfərov deyir ki, prioritet ölkələrlə yeni təyyarə reyslərinin açılması da müzakirə edilir. Həmçinin, həftə sonlarında turistlərin Bakıya gəlməsi üçün də lazımi şərait yaradılacaq.

Vaxtaşırı olaraq işçi qrupunun aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə toplantısı keçirilir və qarşıda duran məsələlər müzakirə edilir. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda liberal hava nəqliyyatı yaradılır

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости