"Seksual görünüş hər kəslə yatmaq istədiyimizin əlaməti deyil"

Day.Az представляет новость на азербайджанском языке

Hollivudu sarsıdan cinsi təcavüz qalmaqalının əks-sədaları davam edir.

Day.Az publika.az-a istinadla xəbər verir ki, amerikalı film prodüseri Harvey Veynşteyn ətrafında yaranmış seks qalmaqalına Keyt Blnaşet də səssiz qalmayıb. 48 yaşlı Keyt Blanşet bildirib ki, qadınların istədikləri vaxt, istədikləri paltarı və istənilən yerə geyinmək haqqı var:

"Seksual görünməyi xoşlaya bilərik, amma bu, o demək deyil ki, sizinlə yatmaq istəyirik. Mənim üçün əsl moda ikonaları fiziki və estetik görünüşləri ilə bütünlüklə özləri olmağı bacaran qadınlardır. Necə göründükləri onların kimliyinin yeganə göstəricisi deyil".
 
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.