https://news.day.az/azerinews/945543.html HDQ-nin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi müvəffəqiyyətlə keçirildi Day.Az представляет новость на азербайджанском языке Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun "Dənizdə qadağa əməliyyatları" üzrə NATO standartlarına uyğun 1-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-1) keçirilib.

HDQ-nin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi müvəffəqiyyətlə keçirildi

Azərbaycanca, 28 октября 2017 18:08 (UTC +04:00) 626
HDQ-nin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi müvəffəqiyyətlə keçirildi

Day.Az представляет новость на азербайджанском языке

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun "Dənizdə qadağa əməliyyatları" üzrə NATO standartlarına uyğun 1-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-1) keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndə heyətinin müşahidəçi qismində iştirak etdiyi SEL-1-in əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarət olub.

 

Qeyd edək ki, ilk dəfə keçirilən bu qiymətləndirmə Silahlı Qüvvələrimizin nümayəndələri tərəfindən həyata keçirilib və bu Hərbi Dəniz Qüvvələrinin Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun silsilə qiymətləndirmələrinin başlanğıcıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости