Qazaxda iki avtomobil toqquşdu - Xəsarət alan var

Day.Az представляет новость на азербайджанском языке

Qazax rayonunda yol qəzası olub.

Day.Az APA-ya istinadən xəbər verir ki, rayonun Kosalar kəndi ərazisində "VAZ-2107" markalı avtomobil digər minik maşını ilə toqquşub.

 

Qəza nəticəsində "VAZ-2107"in sürücüsü, rayonun Kosalar kənd sakini, 1947-ci il təvəllüdlü İsmayıl Əliyev xəsarət alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.