Məşhur aktyorun qardaşı atası ilə bağlı etiraf etdi - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Dünyanın ən populyar aktyorlarından biri, Hollivud ulduzu Kevin Speysinin qardaşı Rendall Faulerin dediyinə görə, atası ona təcavüz edibmiş.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 62 yaşlı R.Faulerin dediyinə görə, atası Tomas Ceffri Faulerin onu 12 yaşı olanda zorlamasından anası Ketlinin xəbəri də varmış.
"Nasizm ideyalarının təəssübkeşi olan atam bizi həmişə döyürdü. 12 yaşım olanda isə mənə təcavüz etdi. Təcavüzlər 4 il davami etdi. Atam ABŞ-dakı nasist partiyasına üzv olmuşdu. Hətta bığlarını da Hitlerin bığları kimi qırxdırmışdı", - R.Fauler deyib.
R.Faulerin sözlərinə görə, baş verənlərdən sonra Kevin Speysi özünə qapıldı, bacısı Culiya isə evdən qaçdı.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре