"Atletiko" “Qarabağ”ın şərəfinə ziyafət verdi
Day.Az представляет новость на азербайджанском языке
Çempionlar Liqasının IV turu çərçivəsində keçiriləcək "Atletiko" - "Qarabağ" oyunundan əvvəl ev sahibi klubun rəsmiləri qonaqların şərəfinə ziyafət veriblər.
Day.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə "Atletiko"nun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Madriddə, "Kapitan Alatriste" restoranında təşkil olunmuş məclisdə hər iki klubun rəsmiləri və digər qonaqlar iştirak ediblər.
Madrid təmsilçisini ziyafətdə klub prezidenti Enrike Serezo, vitse-prezident Antonio Alonso, prezidentin köməkçisi Oskar Gil, klubun səhmdarlarından biri Migel Perez və tərcüməçi Elmir Mirzəyev təmsil edib.
"Qarabağ"ın heyətində isə klubun prezidenti Tahir Gözəl, gürcü qonaq Nikolas Natbiladze, Franko Luis Enrike, icraçı direktor Əmrah Çəlikəl və baş menecer Asif Əsgərov yer alıb.
Məclisin sonunda tərəflər xatirə şəkli çəkdiriblər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре