Bərdədə yeniyetmə öz evindən oğurluq edib

Day.Az представляет новость на азербайджанском языке

Bərdə rayonunda yeniyetmə öz evindən oğurluq edib.

Xezerxeber.az-ın məlumatına görə, polis şöbəsinə ərizə ilə müraciət edən rayonun Qaradağlı kənd sakini Fərhad Həsənov evindən 3500 manat, 1400 dollar və 100 manat dəyəri olan qızıl sırğanın oğurlandığı barədə məlumat verib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, ogurluq edən şəxs zərərçəkənin oğlu Mədət Həsənovdur. Digər tərəfdən aydınlaşdırılıb ki, Fərhad Həsənov yalan məlumat verərək evindən olduğundan daha çox pul oğurlandıgını bildirib.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.