45 ildən sonra ilk dəfə - İraqlı qız gözəllik yarışmasına qatılacaq
Day.Az представляет новость на азербайджанском языке
İraq təmsilçisi son 45 ildə ilk dəfədir ki, "Miss Kainat" müsabiqəsində iştirak edəcək. 26 noyabrda Las Veqasda keçiriləcək müsabiqə üçün bu, ilk olacaq. Müsabiqəyə 27 yaşlı Sara Aydan yollanacaq. O, Bağdaddakı gözəllik müsabiqəsində ikinci yer tutub. Aydınlaşdırılıb ki, müsabiqədə birinci yerin sahibi olan xanım ərdə olduğu üçün yarışdan diskvalifikasiya olunub. Ona görə də Amerikada ölkəni təmsil etmək hüququnu Aydan qazanıb.
Day.Az musavat.com-a istinadən bildirir ki, sonuncu dəfə İraqda "Miss Kainat"da 1972-ci ildə təmsil olunub. Həmin vaxt ölkəni Puerto Rikoda Vaydan Süleyman adlı xanım təmsil etmişdi. "Miss Kainat" müsabiqəsi hər il keçirilən gözəllik müsabiqəsi idi. Orada milli yığmaların nümayəndələri iştirak edirdi. Titul sahibi ilə illik müqavilə imzalanır. Ondan sonra o, bütün dünyaya reklam məqsədləri ilə göndərilir. 2002-ci ildə bu tituala rusiyalı Oksana Fyodorova sahib olub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре