Bakıda işləyən saç ustasının qeyri-adi bacarığı - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Əvvəlcə saçı kəsərək başda Azərbaycanın xəritəsini çəkir, sonra isə dövlət bayrağını həmin xəritənin üzərinə həkk edir. Bakıda saç ustası dövlət bayrağı gününü özünəməxsus şəkildə qeyd edir..
Day.Az bildirir ki, bir neçə ildir ki, bərbər işləyən Pünhan Bədəlov bayram günlərində saçları qeyri-adi formada kəsir. O, əvvəlcə müştərisinin saçına Azərbaycan xəritəsinin formasını verir.
Saç ustası bunun üçün yağlı boyalardan istifadə edir.. Onun sözlərinə görə, son vaxtlar saçını bu üslubda kəsdirənlərin sayı artıb. Xüsusən də bayram günlərində saçına dövlət bayrağı və gerbini, eləcə də digər atributları vurdurmaq istəyənlər daha çox müraciət edirlər. Qiymət isə adi saçın kəsdirilməsindən fərqli olur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре