Hindistanda Şridevi ilə vidalaşırlar, kremasiya olunacaq

Day.Az представляет новость на азербайджанском языке

Mumbay şəhərində məşhur hindistanlı aktrisa, Bollivud ulduzu Şridevi Kapurla vida mərasimi keçirilir.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, Şridevi dövlət səviyyəsində təşkil olunan vida mərasimindən sonra kremasiya olunacaq.

Mərasimlə əlaqədar olaraq Mumbay küçələrinə minlərlə şəxs toplaşıb.

Qeyd edək ki, Şridevi Kapur ötən həftəsonu Dubayda faciəvi şəkildə vəfat edib.

Polisin məlumatına görə, aktrisa huşunu itirməsi nəticəsində vannada boğularaq ölüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.