Bakıda aprelin 25-dən bu yollar bağlanacaq - SİYAHI
Day.Az представляет новость на азербайджанском языке
"Formula-1" üzrə Azərbaycan Qran-prisində konsert və əyləncə proqramlarının Kristal Zalda keçirilməsi ilə əlaqədar Azneft dairəsindən Dövlət Bayraq meydanına qədər olan hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Milli.Az-ın məlumatına görə, bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
O bildirib ki, yalnız icazə sənədi olanlar bu əraziyə buraxılacaqlar: "Aprelin 25-dən mayın 1-dək Dənizkənarı Bulvarın Dəniz Vağzalından Azneft dairəsinə qədər olan hissəsinə giriş bağlı olacaq. Aprelin 26-sı saat 13:00-dan etibarən yarış günlərində yalnız bilet sahiblərinin bu zonaya giriş-çıxışna icazə veriləcək".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре