https://news.day.az/azerinews/996290.html Yerevanda etirazlar davam edir: polisin çağırışına məhəl qoyulmadı Day.Az представляет новость на азербайджанском языке Yerevan polisinin rəis müavini Valeri Osipyan Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz edənlərə aksiyanı dayandırmağa çağırıb. Day.Az-ın Trend-ə istinadən məlumatına görə, buna baxmayaraq Yerevanda etiraz aksiyası davam edir.

Yerevanda etirazlar davam edir: polisin çağırışına məhəl qoyulmadı

Azərbaycanca, 17 апреля 2018 09:55 (UTC +04:00) 985
Yerevanda etirazlar davam edir: polisin çağırışına məhəl qoyulmadı

Day.Az представляет новость на азербайджанском языке

Yerevan polisinin rəis müavini Valeri Osipyan Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz edənlərə aksiyanı dayandırmağa çağırıb.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, buna baxmayaraq Yerevanda etiraz aksiyası davam edir.

Aksiyanın rəhbəri, deputat Nikol Paşinyan isə bəyan edib ki, etirazçılar bu gün S.Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin müzakirə olunacağı və səsvermə keçiriləcəyi parlamentə gedən yolları bağlamağa çalışacaqlar.

Hazırda aksiya iştirakçıları Abovyan, Koryun və Teryan küçələrindədirlər.

Qeyd edək ki, ötən gün etirazçılarla polis arasında toqquşma yaşanıb. 46 nəfər tibbi yardıma müraciət edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости