Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir

Mavritaniya Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvani Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan, dost Azərbaycan xalqına böyük tərəqqi və firavanlıq arzulamaqdan məmnunluq duyuram.

Dost xalqlarımızın mənafelərinə xidmət etmək üçün ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafı naminə səylərimizi davam etdirmək niyyətimizi bir daha ifadə edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Qabon Prezidenti Ali Bonqo Ondimba Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Qabon hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu əlamətdar bayramın yaratdığı xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı ifadə edir, dost Azərbaycan xalqına uğurlar diləyirəm.

Qabon ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində və yeni səviyyəyə yüksəldilməsində Sizinlə əməkdaşlıq etməyə hazır olduğumu bir daha bildirirəm.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

XXX

Myanma Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaingdən:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə və Zati-alinizin simasında Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Əminəm ki, Myanma ilə Azərbaycan arasında mövcud dostluq münasibətləri birgə səylərimiz nəticəsində qarşıdakı illərdə daha da inkişaf edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".