https://news.day.az/culture/1550641.html Xalq artisti Lütfiyar İmanovun 95 yaşı tamam olur Aprelin 17-də Azərbaycanın görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun 95 yaşı tamam olur. L. İmanov uzun illər Opera və Balet Teatrının solisti olmuş və bu Teatrın səhnəsində yadda qalan obrazlar yaratmışdır. Müğənninin yaradıcıllığında Ü. Hacıbəylinin " Koroğlu " operasındakı Koroğlu obrazı xüsusi bir yer tutur.

Xalq artisti Lütfiyar İmanovun 95 yaşı tamam olur

Культура, 29 марта 2023 14:57 (UTC +04:00) 2 644
Xalq artisti Lütfiyar İmanovun 95 yaşı tamam olur

Aprelin 17-də Azərbaycanın görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar
İmanovun 95 yaşı tamam olur. L. İmanov uzun illər Opera və Balet Teatrının solisti
olmuş və bu Teatrın səhnəsində yadda qalan obrazlar yaratmışdır. Müğənninin
yaradıcıllığında Ü. Hacıbəylinin " Koroğlu " operasındakı Koroğlu obrazı xüsusi bir yer tutur. Opera və Balet Teatrının kollektivi " Koroğlu " operasının aprelin 1-də keçiriləcək tamaşasını məhz L.İmanovun 95 illik yubileyinə həsr etmişdir.
     
Day.Az xəbər verir ki, tamaşada Koroğlu partiyasını Xalq artisti Samir Cəfərov, Nigar rolunu isə
Əməkdar artist İlahə Əfəndiyeva ifa edəcəklər. Opera tamaşasında həmçinin Əməkdar artistlər Cahangir Qurbanov (Həsən xan), Tural Ağasıyev (Həmzə bəy), gənc solistlərdən Mahir Tağızadə, Fəhmin Əhmədli,Taleh Yahyayev, Aytən Məhərrəmova və b. çıxış edəcəklər.
      
Tamaşanın rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar
artist Əyyub Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости