Gəncədə Fikrət Əmirov adına park açılıb - FOTO
Day.Az представляет новость на азербайджанском языке.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədə Fikrət Əmirov adına parkın açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən şəhər ziyalıları son zamanlar aparılan abadlıq və quruculuq işlərindən söz açıblar.
Çıxış edənlər parkda görülən işlər barədə geniş məlumat veriblər. Bildirilib ki, istirahət guşəsində müasir uşaq-əyləncə meydançası salınıb. 20 min kv. metr ərazidə yerləşən bağda 67 ədəd oturacaq, 10 ədəd iri dibçək qoyulub, 1000-dən çox dekorativ gül kolları, yeni ağaclar əkilib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov: "Gəncə şəhərində bütün yerlərdə abadlıq işləri sürətlə davam edir. Bütün yaşayış massivlərində belə parklar salınır, məhəllələr abadlaşır. 20 min kv. metrdə yerləşən Fikirət Əmirov parkında əhalinin istirahəti üçün bütün şərait yaradılıb".
Eyni zamanda parkda sakinlərin asudə vaxtlarının daha rəngarəng keçirilməsi üçün musiqili fəvvarə də quraşdırılıb. Gecə işıqlanmasına xüsusi diqqət yetirilib. Belə ki, parkda qazon işıqlandırıcısı və sahə boyunca müasir iki lampalı işıq dirəklər basdırılıb. Sakinlər aparılan bu işlərdən məmnunluq hisslərini ifadə ediblər.
Parkın girişində yol növbəliliyinin tənzimlənməsi üçün yeni işıqfor da quraşdırılıb. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalovun verdiyi məlumata görə, tezliklə parkın ətrafında olan binaların dam örtükləri də dəyişdiriləcək, məhəllələr yenidən qurulacaq, yollar abadlaşdırılacaq.
Фото: Milli.Аz
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре






