Azərbaycanlı aktrisanın qızı anası haqda danışdı - FOTO

29 мая 2013 08:53 комментариев

Day.Az представляет новость на азербайджанском языке.

Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Kəmalə Hüseynova bu gün ad gününü qeyd edir. Aktrisanın qızı Banuçiçək Hüseynova anası haqda maraqlı açıqlamalar verib. O anasında xoşuna gələn, xoşlamadığı xasiyyətlər barədə Milli.Az-a danışıb:

"Anam həmişə mənim idealım olub, onunla qürur duymuşam, atdığı hər addımda onu dəstəkləmişəm. Anam mənim həm də pərəstiş etdiyim sənətkardır, mən yalnız, onun səhnədə çıxışını izləyib alqışlayıram. Yəqin ki, hər bir tanınmış sənətkarın qızı bu sözləri deyə bilər, mən isə anam olduğu üçün yox, gözəl insan, sənətini sevən sənətkar olduğu üçün deyirəm.

Yaşadığımız cəmiyyətdə daha çox oğlan övladına üstünlük verirlər. Mən anamda bunu heç vaxt görməmişəm. Məsəl üçün, qardaşım Türkiyədə təhsil almaq istədiyini anama bildirəndə, mən də öz istəyimi dedim. Hər kəs anama qarşı yönəlsə də, o, heç kimi dinləmədi "qız, ya oğlan, nə fərq edər? Hər kəs öz həyatını istədiyi kimi yaşamalı və arzularının dalınca getməlidir" deyərək hamını susdurdu və bu günə kimi də mənə dəstəkdir. Amma təbii ki, məni azad fikirli böyütdüyü üçün anamın xasiyyətində sevdiyim və sevmədiyim cəhətlər də var. Ən sevmədiyim xüsusiyyəti kin saxlaya bilməməsi, hamıya tez inanmasıdır. Ona olunan pisliyi, haqsızlığı tez unutması məni özümdən çıxarır (gülür). Yaxşı xüsusiyyətlərini isə saymaqla bitməz, çox səbrli biridir. Kimsənin dalınca danışdığını heç görməmişəm. Az danışıb yalnız öz işi ilə məşğul olan tiplərdəndir (gülür).

Ən çox sevdiyim xüsusiyyəti ədalətli olmasıdır, hətta düşməninə qarşı belə. Özündən çox gec çıxandır, çıxanda da... (gülür). Kimsədən məsləhət almaz, fikrini kimsəyə danışmaz. Seçdiyi qərarlar da həmişə uğurlu olur. Çox azad bir insan olması xoşuma gəlir. Uşaq olarkən anamın ad günündə hədiyyə almaq üçün pulum olmurdu, ona görə də məktub yazmaqla kifayətlənirdim. Amma bir hədiyyə kimi kitabları çox sevir, bu ad günündə də ona kitab hədiyyə edəcəyəm. O, mənim anam deyil, Allah tərəfindən seçilib mənə göndərilən qoruyucu mələyimdir (gülür)".

Qeyd edək ki, Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Sonuncu kursda isə artıq Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrına dəvət olunub. Aktrisa teatrda bir çox tamaşalarda aparıcı rollarla çıxış edib. Aktrisanın uğurları ildən-ilə artıb. Teatrda son illər "Qatarın altına atılan qadın" və "Müharibə" tamaşalarındakı oynadığı baş qadın rolları tamaşaçıların dərin rəğbətini qazanıb.

Sevimli aktrisamızı biz də ad günü münasibəti ilə təbrik edir, ona sənət uğurları və möhkəm can sağlığı arzu edirik.

Milli.A
z

Фото: Milli.Аz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!