“Windows 10” bəzi istifadəçiləri məyus etdi

Day.Az представляет новость на азербайджанском языке.


Bu günlərdə belə bir məlumat yayılıb ki, "Windows 7" və "Windows 8" əməliyyat sistemlərində "Windows 10" əməliyyat sistemi istifadəçinin icazəsi olmadan kompüterinə yüklənir.

İKT.Lent.az-ın "runews24.ru" saytına istinadən verdiyi məlumata görə, kompüterlərinin yenilənməsini istəməyən istifadəçilər bu məlumatı eşitdikdə çox məyus olublar.

Belə ki, kompüterlərdə icazəsiz olaraq gizli kataloqlarda yerləşən həcmi bir neçə giqabayt olan yeni bir neçə fayllar yaranıb. Buna görə də "Windows 10" əməliyyat sistemi şəxsi kompüterə yüklənir və istifadəçidən soruşmadan sistemi yeniləyir. Nəticədə istifadəçilər özləri də qətiyyən istəmədən əməliyyat sisteminin yenilənməsini əldə edirlər.

Xatırladaq ki, "Microsoft" bu günlərdə "Windows" "Office 2016" proqramının çıxacağı vaxtı elan edib.