“Alfa Sığorta” KASKО üzrə baş vermiş sığorta hadisələri haqqında məlumatı açıqladı
"Alfa Sığorta" ASC 2014-cü ilin 9 ayı ərzində nəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə baş vermiş sığorta hadisələri haqqında məlumatı açıqladı.
Belə ki, bu ilin 9 ayı ərzində "Alfa Sığorta" ASC-da sığortalanmış avtomobillərlə bağlı 408 sığorta hadisəsi baş vermişdir. Həmin hadisələrdən 196-ı müvafiq qaydada tənzimlənmişdir və onlar üzrə "Alfa Sığorta" ASC tərəfindən cəmi 518.000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
Baş vermiş 408 hadisədən 63 - də dəymiş zərər azadolma məbləğindən az olmuşdur və buna görə də onlarla bağlı heç bir ödəniş həyata keçirmək mümkün olmamışdır. Qeyd edək ki, "Alfa Sığorta" şirkətinin tətbiq etdiyi azadolma məbləğinin maksimal məbləği 100 azn təşkil edir.
Hal-hazırda 74 sığorta hadisəsi üzrə işlər icraatdadır ki, onların da ümumi sığorta ödənişi təqribən 150.000 manat təşkil edəcək.
Sığorta qanunvericiliyinin tələblərinə əsaslanaraq 408 hadisədən cəmi 17 hadisə ilə bağlı sığorta ödənişinin həyata keçirilməsindən imtina edilmişdir.
Qalan 58 hadisədə, zərərvuran qarşı tərəf olduğu üçün, "Alfa Sığorta" ASC-da sığortalanmış avtomobillərə dəymiş zərərin məbləği zərərvuran və ya onun sığortaçısı tərəfindən ödənilmişdir və bu işlərlə bağlı sığortalılar tərəfindən heç bir iddia irəli sürülməmişdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре