Şəhidimiz Xudayar qardaşımın mahnı oxuduğu diyarlara, Gəncəyə, Şuşaya, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgilərimi göndərirəm

Şəhidimiz Xudayar qardaşımın mahnı oxuduğu diyarlara, Gəncəyə, Şuşaya, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgilərimi göndərirəm.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də "Teknofest" festivalında çıxışı zamanı deyib.

"Xəzərin incisi Bakıda "bir millət, iki dövlət, tək festival" şüarı ilə dünyanın ən nüfuzlu aviasiya, kosmos və texnologiya festivalı - "TEKNOFEST"i keçiririk. Bu qürurlu günümüzdə sevincimizi bölüşdüyü üçün dəyərli alimimiz Əziz Səncərə şəxsən öz adımdan və millətim adından təşəkkür edirəm. Badi-Kubədən, yəni, küləklər şəhəri gözəl Bakıdan Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə mübarizə apardığı torpaqların hər qarışına, Natəvanın qəzəlinin eşidildiyi ovalıqlara, şəhidimiz Xudayar qardaşımın mahnı oxuduğu diyarlara, Gəncəyə, Şuşaya, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgilərimi göndərirəm. Bu gün bir daha burada nümayiş etdirilən əzəli və əbədi qardaşlığımızı Rəbbim daimi etsin", - deyə R.T.Ərdoğan bildirib.