https://news.day.az/politics/1166305.html Rüfət Səfərov yazdığı statusları silməyə başlayıb – Onu hakimiyyətdən kimlər himayə edir? - FOTOFAKT Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov yenidən gündəmə gəlib. O, bu dəfə tamam başqa ampula ilə "diqqət çəkib". Belə ki, atasının imtina etdiyi R.Səfərov özünün feysbuk səhifəsində yazdığı statusları paylaşandan az sonra silməyə başlayır.

Rüfət Səfərov yazdığı statusları silməyə başlayıb – Onu hakimiyyətdən kimlər himayə edir? - FOTOFAKT

Политика, 16 октября 2019 13:04 (UTC +04:00) 6 846
Rüfət Səfərov yazdığı statusları silməyə başlayıb

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov yenidən gündəmə gəlib. O, bu dəfə tamam başqa ampula ilə "diqqət çəkib". 

Belə ki, atasının imtina etdiyi R.Səfərov özünün feysbuk səhifəsində yazdığı statusları paylaşandan az sonra silməyə başlayır. Təbii ki, onun bu hərəkəti birmənalı qarşılana bilməz. Məhz bu tip addımlarla Rüfət Səfərovun şəxsən özü təsdiqləyir ki, o, hakimiyyətdə kimlərinsə dedikləri ilə oturub-durur. Başqa cür desək, özünü cəmiyyətə müstəqil düşüncəli, kimsənin tabeliyində olmayan biri kimi təqdim etsə də, reallıq tamam başqadır. Bu şəxsin ixtiyarı öz əlində deyil. 

Xatırladaq ki, R.Səfərov Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqidir. O, rüşvət almaqda təqsirləndirilərək həbs edilmiş, Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxmışdı.

R.Səfərovun yazdığı son statusunun nə haqda olması və onu hansı səbəbdən silməsi maraq doğurur. Həmin statusun artıq onun öz səhifəsində yer almadığını nəzərə alaraq, biz onun həmin paylaşımını təqdim edirik: 

 
 
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости