Laçın yolu məsələsində mat edici məntiqi sxem - Aydın Quliyev
Müəllif: Aydın Quliyev
1. Azərbaycanla sərhəd bölgələrdə daim təxribatlar törədilir və bu təxribatlar təəssüf ki, bir çox hallarda Azərbaycan hərbiçilərinin və sivillərin itkisi ilə nəticələnir. Bu il martın 20-də Zəngilan rayonu ərazisində ermənilərin törətdiyi sərhəd təxribatını misal göstərmək olar.
2. Qarabağın erməni sakinləri ilə rəsmi Bakının inteqrasiya təmaslarını pozmaq, onu perspektivsiz istiqamətlərə yönəltmək cəhdləri göstərmək, erməni sakinlərində inteqrasiya təmaslarına inamın yaranmasına imkan verməmək, erməni sakinlərinnin hüquq və təhlükəsizliyi ilə bağlı mifik beynəlxalq mexanizm ideyasını gündəmdə saxlamağa cəhd etmək və sair.
3. Postmüharibə reallıqlarının həqiqi mahiyyətini dünyanın nəzərində təhrif etmək və üçtərəfli razılaşmaların bütün fundamental prinsiplərini sabotaj etmək.
Nəhayət, 4. Azərbaycanın Qarabağ bölgəsi hüdudlarında, xüsusən də Laçın yolunda gərginlik artıran hərəkətləri intensivləşdirmək..
Bu bölgədə Ermənistanın və sülhməramlıların birgə addımları o qədər pozucu rol oynayır ki, bunların sülh sazişinə necə ağır zərbə vurduğunu görməmək mümkün deyil.
Qarabağ bölgəsi bütünlüklə və Laçın yolu xüsusilə erməni təxribatlarının ən rəngarəng formalarda nümayiş meydanına çevrilib.
Əvvəla, Azərbaycanın Laçın yolunun əsas hissəsində ekofəalların nəzarətini qurması təsdiqlədi ki, Xankəndinə qanunsuz, əlavə gərginlik yaradan silah -sursatın daşınması barədə şübhələr əsaslı imiş və Azərbaycan ekonəzarət addımını zamanında atdı.
2. Ermənistan Xankəndinə silah-sursat daşınmasının alternativ yollarını axtarmağa başladı və Xankəndi-Turşsu-Şuşa torpaq yolu ilə qanunsuz hərbi daşınma marşrutunu kəşf etdi. Həm də daşımalar sülhməramlıların zirehli texnikasının müşayiəti altında baş verdi və verməkdədir. Ermənistanın bu alternativ yolda pozuculuğu o həddə çatdı ki, hətta martın 5-də bu pozuculuğa mane olmaq istəyən Azərbaycan hərbiçiləri ilə toqquşma törətdilər. İtkilər verildi. Azərbaycan bu qanunsuz daşımalarla barışmayacağını Ermənistana və sülhməramlılara xatırlatmağa məcbur olsa da, qarşı tərəflərin gərəkli nəticəni çıxarmaması ona səbəb oldu ki, Azərbaycan öz qüvvələri ilə torpaq yolunda qanunsuz daşımaların qarşısını almaq mexanizmlərini tətbiq etdi.
3. Azərbaycanın ciddi uğurlarından biri o oldu ki, hazırda Ermənistanın Xankəndindən Şuşaya Xəlfəlidən yan keçən yeni torpaq yolunun çəkilişi üzərində iş apardığını görüntülərlə ifşa etdi. Dünya gördü ki, Ermənistan dayanmır və hər dəfə yeni -yeni qanunsuz marşrutların axtarışındadır.
4. Ermənistanın 10 noyabr və digər razılaşmalara uyğunlaşmaq yerinə Qarabağ bölgəsində hərbi istehkamların yeni tikintilərinə vüsət verməsi onun yeni müharibə hazırlıqlarının aşkar əlamətləri sayılır.
5. Ermənistanın hərbi-siyasi rəhbərliyi, hətta ictimai -siyasi elitası tərəfindən aqressiv ritorikanın gücləndirilməsi də bu ölkənin möhkəm sülhdə qəti maraqlı olmadığını və bölgəni yeni müharibəyə sürüklədiyini sübut edir...
Bütün bunlar bölgədə sülhün sonrakı taleyi ilə bağlı hansı qənaətlərə gəlməyə əsas verir?
Əvvala, hazırda sülh sazişi ehtimalı yüksək olsa da, Ermənistanın pozuculuğu da güclüdür, bu işdə təəssüf ki, onun sülhməramlılarla sıx işbirliyi içində olduğunu təsdiqləyən sübutlar Azərbaycanın əlindədir.
2. Azərbaycan Rusiyanı məlumatlandırmaqla, lakin heç bir reaksiyanın olmadığını əsas götürməklə özü gərəkən addımları atdı və alternativ hərbi daşınmaları öz nəzarətinə götürməklə bölgədə dayanıqlı sülhün taleyinə nə qədər önəm verdiyini bir daha nümayiş etdirdi.
3. Azərbaycan Ermənistanla sülhmıramlıların qanunsuz hərbi daşımalarda əməkdaşlığına dözməyəcəyini ən kəskin şəkildə göstərməklə sülhməramlıların da məsuliyyət daşıdığına diqqət cəlb etdi.
4. Azərbaycan XİN və MN-in son iki bəyanatı bir daha sübut etdi ki, Azərbaycan hətta indiki mürəkkəb hərbi-siyasi şəraitdə də sülhə doğru aydın fəaliyyət gündəminə malikdir, bəzi beynəlxalq vasitəçilərin həqiqi sülh şansları açmaq səylərinə tam dəstək verir və baş verəcək daha gərgin proseslərin bütün məsuliyyətinin Ermənistanın üzərində olduğunu sübut etməklə beynəlxalq ictimaiyyətə birbaşa dəqiq istiqamət göstərir. Prezident İlham Əliyevin bu kontekstdə dünyaya çağırış xarakterli fikirləri yerinə düşməklə daha təsirli rol oynayır." Əgər beynəlxalq ictimaiyyət sülh sazişinin imzalanmasında maraqlıdırsa, Ermənistanı təxribatlara son qoymağa məcbur etməlidir". Bu, təxribatların birbaşa müəllifi olan Ermənistanla bərabər o beynəlxalq dairələrin də məsuliyyət daşıdığına işarədir ki, Ermənistanın hərəkətlərini ya sadəcə seyr edir, ya da Ermənistana heç bir real təzyiq xarakterində olmayan " pasifist" çağırışlar edirlər.
5. Bu günlərdə Azərbaycan prezidenti Vətən müharibəsindən sonra növbəti təqdirəlayiq nümunəni yaratdı. Necə ki, 30 ildə çağırışlarımıza məhəl qoymayan dünya birliyini fakt qarşısında qoyaraq BMT qətnamələrini özü təkbaşına icra etdi, eynisini son günlərdə də təkrarladı. Belə ki, qanunsuz yüklərin Xankəndinə daşınmasına son qoyulması tələbinə etinasız yanaşan Ermənistanı və sülhməramlıları fakt qarşısında qoydu və Xankəndinə alternativ torpaq yollarla qanunsuz yükdaşımalarını təklikdə, öz imkanları ilə və öz üsulunda nəzarətə götürdü. Azərbaycan tələb etdisə bunu icra etmək lazımdır, əks halda Azərbaycan bunları özü edəcək.
6. Nəhayət, Azərbaycan dünyanı qaçılmaz məntiqi bir sxemlə üz-üzə buraxdı. Sülhə doğru real addım atmaq üçün bölgədə əlavə gərginliyin qarşısı alınmalıdır, bunun üçün separatçı bölgəyə qanunsuz silah-sursat daşınmasına son qoyulmalıdır, bunun üçünsə Laçın yolunun başında sərhəddə Buraxılış -nəzarət və keçid məntəqəsi qurulmalıdır....
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре