Samir Bağırov kimə pul borcludu?
Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.
"O, Moskvadan gələndə 1 qəpik pulu yox idi..."
İllərin dostu olan Azərbaycan şou-biznesinin iki məşhur siması - müğənni Samir Bağırov və top-stilist Samir Əliyevin iş birliyinə son qoyduqları hər kəsə bəllidir. Bu simaların yollarının ayrılması bir qırağa, indi aralarında "soyuq müharibə" başlayıb.
Bu müharibənin təməlini isə deyəsən, səhnənin ekstrovaqant müğənnisi Samir Bağırov qoydu. Milli.Az xəbər portalının dünən bu barədə yaydığı məlumatda vəziyyət aydınlaşıb. S.Bağırov vaxtilə çalışdığı stilistin ünvanına xoşagəlməz ifadələr səsləndirib, hətta onun haqqında çox danışmağı lazımsız hesab edir.
Samir Bağırovun çıxışı deyəsən, Samir Əliyevi təngə gətirib.
Milli.Az xəbər portalına açıqlama verən stilistin ağzından od püskürdü: "Samir Bağrovun mənim haqımda belə danışmağa ixtiyarı yoxdur! O deyir ki, mən "ulduz" olmuşam. Amma mən heç vaxt ona "ulduzluq" etməmişəm. Hər zaman ona kömək olmuşam. Mən həmən Samirəm ki, o, Moskvadan gələndə 1 qəpik pulu yox idi, heç nəyi yox idi. Mən onun üçün 2 paltar tikdirdim. Birini İTV-də ad günündə geyindi, sarı paltar idi. Digəri isə qara xələt idi. O paltarların qiyməti 400 manat elədi. Paltarı geyindikdən sonra 1 ay pulu vermədi. Axırda onun borcunu mən ödədim. Geyimini ilə yanaşı mən onun mahnısının aranjemanının da pulunu verdim. O, hələ də mənim pulumu qaytarmayıb. Samir mənə pul borclu olduğu kimi, mənəvi borcu da var. Çünki mən, onun ən çətin günlərində yanında olan Samirəm! Mən onun tək prodüseri deyildim. Onu geyindirirdim. Dəbə mindirirdim. Özü də təmənnasız! İndi Samir mənim barəmdə açıqlamalar verir. O, bilsin ki, heç kim ona məni əvəz edə bilməz! Mən ona çox əziyyət çəkmişəm. Niyə insanlar bunu itirirlər? Məhz Samirin əziyyətlərimi itirməsi məni sarsıtdı".
Müğənni müsahibəsində Samir Əliyevlə tanış olduğu zaman onun sadəcə tələbə olduğunu deyib. Stilist bu sözlərə də biganə qalmadı: "Mən 15 ildir stilistəm və bu işi sevərəkdən görürəm. Sənətimə canımı qoymuşam. Onun belə danışmağa necə cürəti çatır?! Bir də ki, əgər mən o, dediyi kimi "kloun" idimsə, niyə məni yanına götürdü?".
S.Bağırov öz müsahibəsində stilist barədə çox danışmaq istəməyib. Deyib ki, bu, S.Əliyev üçün reklamdır. Adaşı isə hesab edir ki, vaxt olub, o, müğənnini reklam edib: "İndi o, mənim adımı çəkməklə mənə reklam qazandıracağını düşünür. Amma bilsin, mən hər zaman mətbuatda Samir Bağırovu reklam edən Samir Əliyevəm!".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре