Naina İbrahimova tezliklə ailə həyatı quracaq

Day.Az представляет новость на азербайджанском языке.
Əməkdar artist Naina İbrahimovanın Milli.Az-a müsahibəsi.
- Necə oldu ki, aktrisa oldunuz?
- Mən hələ aktirsa olmamışdan qabaq müxtəlif reklam çarxlarında fotomodel kimi çəkilirdim. Fərqli layihələrdə iştirak edirdim. Zaman keçdikcə incəsənətə meylim artmağa başladı. Qərar verdim ki, mütləq aktrisa olacağam.
- Bu qərarı ailə üzvlərinizdən etirazla qarşılayan oldu?
- Mənim valideynlərim də incəsənət adamlarıdır. Hər ikisi tanınmış rəssamdır. Buna baxmayaraq, anam mənim aktrisa olmağımın qətiyyətlə əleyhinə idi. Atam hardasa razılıq verirdi. Amma ümumilikdə bir narazılıq var idi. Qərarım qəti olduğuna görə, mən mübarizə apardım, onların razılığını, xeyir-duasını almağı bacardım və Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. Oranı bitirdikdən sonra Dövlət Rus Dam teatrında çalışmağa başladım.
- Dediniz ki, bir müddət fotomodellik etmisiniz, kliplərdə çəkilmisiniz və s. Bəs indi necə, bu işlərlə yenə də məşğulsunuz?
- Bəli, mən dünyada məşhur olan brend markaların Azərbaycanda çəkilən reklam çarxlarında iştirak edib onları nümayiş etdirmişəm. Bu gün də fotomodelliklə məşğulam.
- Bizim filmlərdə açıq-saçıq səhnələrin yer almasına necə baxırsınız?
- Belə səhnələr əslində normaldır. Amma baxır, harada və necə çəkilir.
- Siz özünüz bu növ səhnələrin olduğu filmlərə çəkilmək üçün dəvət alsanız, razılaşarsınız?
- Xeyr, razı olmaram.
- Teatrdakı tamaşalarda öpüş səhnələriniz olubmu?
- Olmağına olub. Amma bu öpüş texniki öpüş sayılır. Yəni tamaşaçıya elə gəlir ki, aktyor həqiqi öpüşür, əslində isə elə olmur.
- Plastik əməliyyatdan istifadə etmisinizmi?
- Bu vaxta qədər heç bir plastik əməliyyatdan yararlanmamışam. Düşünürəm ki, buna hələ ehtiyacım yoxdur.
- Bəs gözəlliyinizdən narazılığınız varmı?
- Narazılığım yoxdur. Mənə belə gözəllik verdiyinə görə Allaha şükr edirəm. Şəxsən mən güzgüyə baxanda özümdə bir eyib görmürəm. Kənardan baxanlar nə düşünür, onu deyə bilmirəm. Çünki zövqlər müxtəlifdir və müzakirə olunmur. Bir də güzgüyə baxdığım zaman gözəlliyim barədə o qədər də düşünmürəm. Bircə onu düşünürəm ki, mən bu simamla daha hansı məşhur obrazları yarada bilərəm.
- Niyə çox vaxt sinəsi açıq paltarlara üstünlük verirsiniz?
- Çünki ətrafımdakı insanlar və rejissorlar mənə sinəmin gözəl oluduğunu və məni həddindən artıq cazibədar göstərdiyini deyirlər.
- Ailə qurmusunuz?
- Xeyr, indiyə qədər ailəli olmamışam.
- Subaylığın "daşını" nə vaxt atmaq fikrindəsiniz?
- Tezliklə ailə quracağam. Çünki sənətindən asılı olmayaraq, hər bir qadına gözəl ailə lazımdır.
- İdeya müəllifi olduğunuz və reallaşdırdığınız layihələr layiqincə qiymətləndirilib?
- Bəli, mən indiyə qədər Mədəniyyət Nazirliyinin dəstəyi ilə bir çox layihlər həyata keçirtmişəm. Məsələn, 13 məşhur insanın obrazını yaratdığım fotosessiya çox uğurlu oldu. Onu da qeyd edim ki, bu layihə Azərbaycanda ilk idi. Prodüseriliyini Anar Mədətov və Elnurə Mədətovanın etdiyi "Beauty Through Centuries" adlı layihəm də yaddaqalan oldu...
Hətta ölkə xaricində də mənim layihələrimə qiymət verənlər az olmayıb. Buna misal olaraq, ik dəfə (2001-2004-cü il) Simurq milli mükafat fondunun təşkil etdiyi "Baharın uğur çələngi müsabiqəsi" laureatının ali dərəcəli diplomu ilə təltif olunmuşam. Bundan başqa Almaniya-Azərbaycan dostluq ənənələrində göstərdiyim xidmətlərə görə "Körpü-Brücke" Alman-Azərbaycan cəmiyyəti tərəfindən diploma layiq görülmüşəm, "Maykl Ceksonun haqqında" çəkilən filmdə aktyorluq məharətini başqa cilddə ifadə etmək bacarığıma görə Odlar Yurdunun milli mükafatı ilə mükafatlandırılmışam.
Canlandırdığım Marlin Ditrix obrazı mənə onu canlandıran digər dünya səviyyəli məşhurlarla birlikdə dünya forumunda iştirak etməyə imkan verib. Moskvada master-klass dərsləri almışam. 2013-cü ildə UNESCO-nun təşkilatçılğı ilə Nizami Gəncəvinin yubleyinə həsr olunmuş, litvalı rejissor Yonus Vaytkusun səhnələşdirdiyi "Yeddi gözəl" adlı tamaşada ilk gözəl - Türkünaz rolunu oynamışam və s.
/Milli.Az/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре