Ramal üsyan etdi: "Aygün xanım, bu sözlər sizə yaraşmır" Day.Az представляет новость на азербайджанском языке.

Son zamanlar medianın gündəmindən düşməyən Ramal İsrafilov Aygün Kazımova məsələsi bitmək bilmir. Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, ifaçı və bəstəkar Ramal maraqlı açıqlamaları ilə yadda qalıb. O bildirib ki, xalq artistinin ifa etdiyi "Biletini alma" mahnısını əslində gənc müğənni Günay İbrahimli üçün yazıb. Ramal bu barədə yerli telekanallardan birində yayımlanan veriliş vaxtı söhbət açıb.

İfaçı qeyd edib ki, həmin mahnı barədə həqiqətləri bu günə qədər heç kim bilməyib. Bu barədə danışmaq istəmədiyini, amma bəzilərinin "qorxdu" sözünü işlətməyini istəmədiyindən doğruları demək qərarına gəlib. Mahnının Günay İbrahimli üçün yazılmağına baxmayaraq qonorar məsələsi ucbatından Günay ifa etməyib.

"Əslində sözügedən mahnını Günay İbrahimliyə yazmışdım. Ortada müəyyən qonorar söhbəti oldu. Daha sonra Aygün Kazımovanın pərəstişkarı, işçisi Kazım Sübhan xahiş etdi ki, "Biletini alma"nı xalq artisti səsləndirsin. Razılaşdım. Aygün xanımla duet oxumalı idik. Bir həftə sonra isə mahnını Aygün xanımın ifasında eşitdim. Bu da mənə xoş gəlmədi. İfası məni qane etmədi. Aygün xanımdan elə ifa gözləmirdim".

Bundan əlavə olaraq Ramal ötən günlərdə Aygün xanımın onun barəsində "Ramal çaşma" sözünü xalq artistinə yaraşdırmadığını vurğulayıb: "Nə olsun mən gəncəm? Çıxıb efirdə dedi "Ramal, çaşma". Aygün xanım, bu sözlər sizə yaraşmır".