Aftandil İsrafilov: Hələ mən o qədər yaşayacağam ki" – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, tədbirlərin birində son dönəmlər yaşadığı xəstəlik səbəbiylə ekranlardan uzaq düşən gözəl qarmon ifaçısı, qocaman sənətkar Aftandil İsrafilovun xeyli "düşməsi" nəzərimizdən qaçmayıb.

Fürsətdən istifadə edib xalq artistinin səhhəti ilə maraqlandıq: "Səhhətimin yaxşılaşması üçün bir az zaman lazımdır ki, mən onun öhdəsindən gəlim. Ekranlarda görünməməyimin səbəbi də məhz səhhətimlə əlaqədardır. Bunun üçün ilk növbədə optimist əhval-ruhiyyədə olmağım lazımdır. Hər bir insan səhhətindəki problemi başqalarını, dövləti narahat etmədən özü məşğul olmalıdır. Müəyyən zaman lazımdır sağlamlığıma qovuşmaq üçün. Amma qorxulu bir şey yoxdur. Hələ mən o qədər yaşayacağam ki. Mənim hələ etmədiyim işlər var. Məni indinin özündə də toylara dəvət edirlər. Özü də deyirlər ki, "Aftandil lap gecə 12-də, 1-də gəlsin. Təki o bizim toyda ifa etsin".

Böyütmək üçün şəkillərə klikləyin.