https://news.day.az/society/501065.html
Milli qəhrəman Əlif Hacıyevin doğum günüdür
Day.Az представляет новость на азербайджанском языке.
Milli Qəhrəman avtomatın darağını dəyişərkən düşmən gülləsinə tuş gəlib.
Azərbaycanın milli qəhrəmanı Əlif Hacıyev 1953-cü ilin bu günü Xocalı şəhərində dünyaya gəlib.
O, 1990-cı ildə Xocalıda Qarabağa xalq yardımı komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizə aparır.
Əlif Hacıyev Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda o, Xocalı aeroportunun komendantı olur. Yaxşı işinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.
Əlif Hacıyevin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxmışdı. Bunun əvəzini çıxmaq üçün düşmən "Xocalı əməliyyatı"na başladı. Döyüşlərin qeyri-bərabər qüvvələr arasında gedişatına baxmayaraq o, misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxardı.
Bundan sonra yenidən döyüşə atılan Əlif Hacıyev, avtomatın darağını dəyişərkən düşmən gülləsinə tuş gəldi. Ölümündən sonra Azərbaycan prezidentinin fərmanı ilə Əlif Hacıyevə göstərdiyi şücaətlərə görə, Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
anspress.com

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре