https://news.day.az/society/590245.html FHN 2 nəfəri xilas etdi

FHN 2 nəfəri xilas etdi

Общество, 22 июня 2015 00:41 (UTC +04:00) 889
FHN 2 nəfəri xilas etdi Day.Az представляет новость на азербайджанском языке.

Axşam saatlarında Bakının Sabunçu və Suraxanı rayonları ərazisində 2 nəfər batmaq təhlükəsi ilə üzləşib.

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sabunçuda dənizdə ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.
 

Digər hadisə Suraxanıda baş verib. Dənizdə ("Hövsan" sularda xilasetmə məntəqəsindən təxminən 450 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 20:37-də başa çatıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости