İki nəfər batıb
Day.Az представляет новость на азербайджанском языке.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir şəhərində 1 nəfər su anbarında çimərkən batıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, İmişli rayonunda çayda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 150 km aralı, nəzarət olunmayan ərazidə) 1997-ci il təvəllüdlü Abbasov Şəhriyar Taleh oğlu batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlayıblar. Ş.Abbasovun cəsədi batdığı yerdən, təxminən, 20 metr məsafədən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:05-də başa çatıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре