Bakıda 460 min manatlıq Lamborghini satıldı

Day.Az представляет новость на азербайджанском языке

Avtomobillərin sığortası 15 min manata başa gəlir.

Bakıda "Lamborghini Huracan" avtomobili satılıb. 

fins.az bildirir ki, avtomobil noyabr ayının əvvəlində satılıb. 

Xatırladaq ki, 5.2 l. mühərrikli avtomobil 610 at gücündədir. "Lamborghini Huracan" 100 km/saat sürəti cəmi 3,4 saniyəyə yığır. 

Qeyd edək ki, avtomobilin maksimal sürəti isə saatda 324 km/saatdır. Bu avtomobillərin qiymətləri isə 280-460 min manat arasında dəyişir. Avtomobilin könüllü sığortası ilə bağlı ənənəvi tarifləri nəzərə alsaq, bu avtomobillərin illik kasko sığortası 7-15 min manata başa gəlir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.