https://news.day.az/azerinews/793933.html SOCAR-ın işçisi faciəvi şəkildə öldü

SOCAR-ın işçisi faciəvi şəkildə öldü

Azərbaycanca, 21 июня 2016 22:38 (UTC +04:00) 1 198
SOCAR-ın işçisi faciəvi şəkildə öldü

Day.Az представляет новость на азербайджанском языке

İyunun 20-də Kompleks Qazma İşləri Trestinin 1 saylı Anbar təsərrüfatı ərazisində avtokran vasitəsi ilə boruların yerdəyişməsi zamanı texniki kəmər açılmış, dağılan borulardan biri takelajçı, 1956-cı il təvəllüdlü Şahacanov Vladimir Fərhad oğlunun kürəyinə düşərək ona xəsarət yetirib.

Day.Az SOCAR-ın rəsmi saytına istinadən bildirir ki, dərhal hadisə yerinə çağrılmış təcili yardım maşını ilə o, Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq Vladimir Şahacanovun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə bağlı müvafiq komissiya yaradılıb. Komissiyanın yekun rəyi ictimaiyyətə açıqlanacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости