Ziya Məmmədovun qardaşı oğlu milyonluq maşın aldı

Day.Az представляет новость на азербайджанском языке.

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu maşın kolleksiyasını artırıb. Criminal.az xəbər verir ki, bir müddət əvvəl bahalı avtomobillərlə avtoşluq etməyi ilə gündəmə gələn, Z.Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov yeni bahalı avtomobillə fotosunu paylaşıb. 

Aynar Məmmədov yeni Ferrari markalı avtomobili aldığı iddia olunur. Sosial şəbəkədə yeni avtomobili ilə paylaşdığı şəklinə dostları tərəfindən təbriklər yazılıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.