"Təəssüf ki, bədii ədəbiyyatımızda, filmlərimizdə mənfi qayınana obrazı yaradılır" - Komitə sədri

Təəssüf ki, bədii ədəbiyyatımızda, filmlərimizdə mənfi qaynana obrazı yaradılır. Mən bir dənə də müsbət qaynana obrazı görmürəm. Bu da psixoloji gərginlik yaradır.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu "Beynəlxalq Ailə günü"nə həsr edilmiş "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır" adlı konfransda çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, ölkə gəncləri kənar təhdidlərdən özünü qorumalıdır. Bu kənar təhdidlərdən qorunmağın yolu onlarda hissiyyatı gücləndirməkdir.

Komitə sədri daha sonra qeyd edib ki, Azərbaycanın nümunəvi ailələri cəmiyyətə təqdim edilməlidir.

Ailə dəyərlərimizin televiziyalarda daha çox təbliğ edilməsini vacib sayan M.Qurbanlı hesab edir ki, sağlam ailələr güclü dövlətin təməlini təşkil edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.